Yerli startapımız olan SUMAKS Technologies yeni növ və yerli istehsal olan nəfəs aparatlarının artıq prototipinin hazırlandığını və testlərə hazır olduğu bildirib.

Şirkətin rəsmi Facebook səhifəsində deyilir ki:

“Bildiyiniz kimi koronavirus səbəbindən ciddi bir təhlükə ilə üz-üzəyik. Əksər ölkələrdə qısa müddət ərzində istehsal oluna bilməyən tibbi avadanlıq çatışmazlığı var. Bir müddətdir ki, “Sumaks” və “Helind” olaraq üzərində çalışdıgımız open source layihə (Ventilaid) olan bu cihazı nəhayət ki, bu gün tamamlamaq üzərəyik və cihazın tezliklə testlərinə başlayacağıq.
Bildiyiniz kimi virus ağır mərhələyə keçdiyi zaman ciddi nəfəsalma problemi yaratmağa başlayır, ciyərləri sıradan çıxarır. Hazırladığımız bu avadanlığın əsas funksiyası virusun insan bədənində ağırlaşması dönəmində nəfəs almağa köməklik göstərməyidir.
Qeyd edək ki, ölkəmizdə bu cihazlardan mövcuddur və ümid edirik ki, bu cihazlara əsla ehtiyac olmaz, lakin ehtiyac yaranacağı təqdirdə bizlər yerli istehsal gücünə gecə-gündüz demədən bu cihazlardan istehsal etməyə hazırıq.
İnsanlıq olaraq texnologiyadan düzgün istifadə və həmrəyliyimiz sayəsində dünyada, o cümlədən Azərbaycanda yayılmış pandemiyanın zərərlərini minimuma endirəcəyimizə inanırıq.
Özünüzü qoruyun, sağlam qalın!”

Rəsmi səhifədə həmçinin qurğunun videosu da yayımlanıb. Bura daxil olaraq həmin videonu izləyə bilərsiniz.

“SUMAKS Technologies” şirkəti əşyaların interneti, proqram və aparat təminatlarının hazırlanması və təkmilləşdirilməsi üzrə ixtisaslaşmış şirkətdir. Qısa müddətdə müştəriləri və partnyorları arasında etibarlı tərəfdaş statusunu eldə etmişdir. SUMAKS Technologies məhsulları tamamilə yerli istehsaldır və istehsala qədərki araşdırmalar labaratoriyada öz mütəxəssislərimiz tərəfindən aparılır. Şirkətin gələcəyə baxış strategiyası ölkəmizdə yerli yüksək texnologiya məhsularının istehsalı ənənəsini formalaşdırmaqdır.

Qeyd edək ki, hal-hazırda pandemiyanın ən çox yayıldığı bəzi Avropa və Asia ölkələrində nəfəs aparatı qıtlığından minlərlə insan dünyasını dəyişir.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin