Son zamanlar Azərbaycanda “Cashback” servislər trend mövzu olub. İnsanlarımız da artıq daha ağıllı davranaraq cashback və endirimlərdən yararlanmaqda daha həvəsli olublar. Bu dəfə istəyirəm sizə istifadə etdiyim yerli cashback servislərdən danışım və öz şərhimi verim. Hazırda yerli bazarda bir neçə belə servis var. Umico, Topla.az, Bumeranq Kart, YarıDone və digərləri. Mənə verilən məlumatlara görə son iki servisin işi o qədər də yaxşı getmir və yaxın zamanda bağlanma şansı var. Ancaq bu mənə elə də maraqlı deyil, çunki istifadə etdiyim servislər Topla.az və Umico’dur. Gəlin onları müqayisə edək.

Umico’nun əsas üstün cəhəti müxtəlif səviyyə və çeşiddə mağaza və restoranların çoxluğudur. Servis, çox qısa zamanda yüzlərlə müəsisələri öz şəbəkəsinə qoşaraq cashback servislər arasında bazarda ən böyük oyunçuya çevrildi. Bu mağaza və restoranlar niyə qoşuldu, tez zamanda əvvəl istifadə etmədiyi sistemi necə qəbullandı sualı isə artıq başqa söhbətdir (yaxşı daha sizsiniz, o söhbəti də deyim, Umico PASHA HOLDİNG’ə aiddir). Ancaq bu servisin əsas pis cəhəti odur ki, əməliyyatda insan amili var. Yani satıcı sizin cashback’inizi düzgün vurub təstiqləməsə siz bonusunuzu ala bilməyəcəksiniz. Hələ satıcıya görə əməliyyat gec olsa və sizin əlavə vaxtınız getsə bu bir başqa problemdir. Necəki ötən həftə eyni hadisə mənim başıma gəlmişdi. CinemaPlus’da 2 Azn cashback’i balansıma yükləmələri üçün 10 dəq gözlədim və bir neçə dəfə Umico kartı (digital) təqdim etməli oldum. Bu işlər belə olmamalıdır. Hə bir şeyi də deyim ki, Umico’nun partnyor müəssələrində bir dəfə də olsun ödəniş zamanı kimsə sizə ondan istifadə etməyi təklif etməz. Sanki həmin obyekt heç bunun marağında deyil və loyallıq anlayışından xəbərləri belə yoxdur.

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin