Azərbaycan startap ekosistemi ürəyaçan vəziyyətdə deyil. Buna səbəb istedad çatışmazlığı, münbüt qanunvericiliyin olmaması və digər onlarla məsələlərdir. Ancaq bu məsələlərə baxmayaraq yaxşı nəticələr göstərən startaplarımız da var. Bu gün onlardan biri olan “Whelp” startapı və onun “500 Startups”dan aldığı ən son investisiya haqqında danışıcayıq.

Whelp – müştərilərlə istənilən yerdə əlaqə qurmaq üçün nəzərdə tutulmuş “business messenger”dir. Onlarla böyük beynəlxalq şirkətlər startapın müştərisidir və bu say artmaqda davam edir. Startap, Azərbaycanla yanaşı Cənubi Koreya, Almaniya və Nyu Yorkda akselerasiya proqramı keçib və hal-hazırda Kaliforniyada, Silikon Vadisində yeni açılmış “Azərbaycan İnnovasiya Evi”ndə akselerasiya proqramı keçməkdədir.

Whelp startapı, buna kimi müxtəlif fondlar və mələk investorlardan ümumilikdə $200 000 investisiya qaldırıb. Bu investisiyalar həm Azərbaycan, həmdə yuxarıda vurğuladığımız Avropa və Asiya ölkələrindən edilib. Ən son investisiya isə “500 Startups”ın MENA bölməsindən olub. Şirkətin CEO’su Seymur Rəsulovun verdiyi məlumata görə investisiyanın ümumi məbləği $50 000-dır və 7% “convertible note” modeli qarşılığında təqdim olunub. İnvestisiya bu ilin Fevral ayında əldə olunub.

Məlumat üçün qeyd edək ki, buna kimi “500 Startups”dan investisiya almış iki startap olub: Buglance və Keepface. Whelp isə həmin fonddan investisiya alan üçüncü şirkətdir.

Tariyel Ağazadə – TERRY

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin