Bir astronavt olmaq və kosmosa çıxıb kainatı kəşf etmək, uşaqlıqdan bəri bir çoxumuzun arzusu olmuşdur. NASA ildə orta hesabla 18.300 müraciət qəbul etdiyi və bu 18.300 nəfərdən yalnız 12-nin seçildiyi Astronavt Proqramına daha yaxından nəzər salaq.

Bir çoxumuzun uşaqlıq xəyallarını bəzəyən bir astronavt olmaq çox mərhələlərdən keçmək və çox ciddi bədən tərbiyəsi tələb edir. NASA hər il 18 mindən çox müraciət alan Astronavt Proqramı üçün yalnız 12 nəfəri seçir. Bu 12 nəfərdən biri olmaq üçün birdən çox çətin şərt və tələbləri yerinə yetirmək lazımdır. 2019-cu ilin dekabr ayına olan məlumata görə, 41 fərqli ölkədən cəmi 565 nəfər kosmosa getmək imtiyazına sahib olmuşdur.

NASA-da astronavt olmaq istəyən insanlar; elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) üzrə elmi dərəcəyə sahib olmaq, NASA tərəfindən təyin olunan yaş həddində olmaq və STEAM və ya kosmos sahələrində 3 illik təcrübəyə sahib olmağı tələb edir.

NASA-da bir astronavt olmaq istəyirsinizsə, ABŞ vətəndaşı və ya ikiqat vətəndaş olmaq ilk tələbdir. Həmçinin NASA; Elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) üzrə elmi dərəcəsi olan namizədlərin bu sahələrdə ən azı üç il və y 1000 saatlıq pilot uçuş təcrübəsinə sahib olmasını tələb edir. NASA, bu mərhələlərdən sonra seçilən namizədlərin uzun bir fiziki hazırlıq proqramına girməsini və namizədlərin 20/20 baxış nisbətinə sahib olmasını və fiziki hazırlığı mükəmməl başa vurmasını gözləyir.

NASA-nın astronavt proqramına qoşulmaq üçün 26-46 yaş arasında olmağınız lazımdır. Fiziki testlərə və tətbiq olunan məşqlərə gəlincə, bir astronavt olmaq üçün müəyyən bir bədən növünə sahib olmağınız lazım olduğu ifadə edilmir. Ancaq yenə də bir astronavt kostyumuna girib kosmik gəzintiyə çıxa biləcək səviyyədə olmalısınız.

NASA öz astronavt proqramına namizədləri seçdikdən sonra, suda qalma testi və uçuş testi kimi təlimləri müvəffəqiyyətlə başa vurması, həmçinin SCUBA sertifikatlı dalğıc və üzgüçülük proqramını başa vurması gözlənilir. Bu fiziki testlərə əlavə olaraq, namizədlərin rus dilini öyrənməsi, Beynəlxalq Kosmik Stansiyada sistemi səmərəli idarə etməsi, robot bacarıq testi və kosmik gəmilərin istifadəsi testlərindən keçməsi üçün lazımi testlərdən keçmələri gözlənilir.

Dünyada astronavt qəbulunu həyata keçirən yeganə agentlik NASA deyil, vaxtaşırı Avropa Kosmik Agentliyində astronavt hazırlamaq üçün namizədləri işə götürür. Lakin Avropa Kosmik Agentliyində astronavt olmaq üçün demək olar ki, NASA ilə eyni tələbləri istəyir. NASA-nın növbəti astronavt alışını nə vaxt edəcəyi hələ məlum deyil.

 

Xəyal Məmmədəliyev

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin