Apple, 11 və 12,9 duymluq iPad Pro və yenilənmiş Macbook Air ultrabukunu təqdim etdi.

iPad Pro
iPad Pro’nun əsas yenilikləri 3D dərinlik skanerli düzbucaq kamera yeri və yenilənmiş Apple A12Z Bionic çipseti.
Şirkət bildirir ki, yeni nəsil Apple A12Z Bionic prosessoru bir çox laptoplardan daha güclüdür və buna kimi təqdim olunan ən güclü iPad modelidir. Smartfonda 12 meqapiksellik sensordan əlavə, ultra geniş 10 meqapiksellik sensor və həmçinin LiDAR skaneri vardır. Sonuncu, ətrafdakı obyektləri 5 metr məsafədə ölçür. Həmçinin cihazla birlikdə təqdim olunmuş iPadOS 13.4 yeniləməsi ilə planşetlər trekpadları dəstəkləməyə başladı.

Macbook Air
Şirkət, planşetlə yanaşı yenilənmiş ultrabuku Macbook Air’i də təqdim edib. Əsas dəyişikliklər modelin klaviaturası və prosessorundadır.
Model üç rəngdə 13,3 duymluq IPS ekranla təqdim olunub. RAM iki LPDDR4X versiyada 8 və 16 GB yaddaşda, daxili yaddaş isə 256 GB, 256 GB, 1 TB və 2 TB-lıq versiyada buraxılır.

Prosessorların növləri (10-cu nəsil Intel)
2 nüvəli Intel Core i3 (1,1 HHz)
4 nüvəli Intel Core i5 (1,1 HHz)
4 nüvəli Intel Core i7 (1,2 HHz)

Modelin Amerikada ilkin qiyməti $999-dır.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin