Apple developerləri tez və rahat mobil applikasiya hazırlamağı üçün hazırladıqları yeni Mac Mini’ni təqdim etdi.

Mini, Apple’ın A12Z çipi ilə təchiz olunacaq – 2020 iPad Pro’da olduğu kimi – 16 GB RAM və 512GB SSD yaddaşa sahib olacaq. Cihazda yeni əməliyyat sistemi MacOS Big Sur və Xcode(App gəlişdirmək üçün proqram) beta versiyası ilə əvvəlcədən yüklənmiş olacaq. Gəlişdiricilər bu ilin sonundan başlayaraq öz applikasiyalarını hazırlamaq üçün yüksək təchizatla təmin olunmuş Mac minini bu il əldə edə biləcəklər. DTK həmçinin “müxtəlif Mac I/O portlarına” malikdir.

Apple WWDC təqdimatı zamanı tanıdılan A12Z prosessoru ilə işləyən Mac həmçinin , Adobe Lightroom, Photoshop və şirkətin öz proqramı olan Final Cut Pro X kimi peşəkar tətbiqləri işlədə biləcək.

Gəlişdiricilər üçün xüsusi olaraq hazırlanan bu kiti (Developer Transition Kit) elə bu gündən 500 dollara sifariş edə bilərsiniz.

 

Mirsəid Mirzəzadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin