Apple şirkətinin icraçı direktoru Tim Kuk öz rəsmi Twitter hesabında şirkətin Koronavirusa qarşı hansı addımları atdığına dair video paylaşıb. Tim Kuk bildirib ki, şirkət 20 milyondan çox maska istehsal edərək xəstəxanalara təhvil verib.

Sadə qoruyucu maskalardan əlavə isə şirkət, həm də səhiyyə işçiləri üçün xüsusi maskalar düzəltdiyini bildirib. Maskalar ABŞ xəstəxanaları üçün nəzərdə tutulub.

“İlk partiyamız keçən həftə Santa Clara vadisindəki Kaiser xəstəxanasına çatdırıldı və həkimlərin rəyi çox müsbət oldu. Hər bir maska dəqiqədən az bir müddətdə yığıla bilər. Biz ABŞ və Çində material alırıq və istehsal edirik.”- Tim Kuk bildirib.

Şirkət hər həftə 1 milyondan çox maska istehsal edəcəyini bildirib və bir müddət sonra tək ABŞ yox, digər ölkələrə də yardım edəcəyini açıqlayıb.

Twitter’də yayımlanan videonu buradan izləyə bilərsiniz.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin