Uzun müddət şayiələrə səbəb olan “Apple Glasses„ ağıllı eynəkləri gələn ilin ilk yarısında t bilər. Eynəklərin təqdim edildikdən bir neçə ay sonra bazara çıxacağı gözlənilir.

Apple uzun müddət yeni ağıllı eynək istehsal edəcəyi gözlənilən şirkətlər sırasındadır. Əslində ağıllı eynək ideyası çox köhnə deyil. Bu konsepsiya uzun müddətdir müxtəlif şirkətlər tərəfindən inkişaf etdirilir. Geyilən texnologiyalar sektorunun aparıcı şirkətlərindən olan Apple’ın belə bir məhsul hazırlaması qaçılmaz idi.

Apple Eynəkləri 2021-ci ilin ilk yarısında tətbiq oluna bilər.

Twitter’də müxtəlif şayiələr, sızmalar və məlumatlar paylaşan adlardan biri olan Jon Prosser’in sözlərinə görə, Apple eynəkləri gələn ilin ilk yarısında tanıdılacaq.

Ming-Chi Kuo əvvəllər Apple Glasses ağıllı eynəklərinin 2022-ci ildə satışa çıxarılacağını proqnozlaşdırmışdı. Jon Prosser deyir ki, yeni genişlənmiş reallıq eynəkləri gələn ilin mart və ya iyun ayında təqdim ediləcək və 2022-ci ildə satışa çıxarılacaq.

 

Murad Koroğluyev

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin