Amazon bu ayın sonlarında Twitch-də pulsuz olaraq Premyer Liqa futbol oyunlarını canlı yayımlamağa başlayacaq. Birləşmiş Krallıq izləyicilər, 29 İyunda Crystal Palace və Burnley matçı ilə başlayan dörd matçı pulsuz izləyə biləcəklər. Deadline bildirir ki, Premyer Liqanın yayımlarında çat da olacaq və bunun sayəsində minlərlə tərəfdaş oyundan kənar virtual şəkildə komandasını dəstəkləyə və müxtəlif emojilərdən istifadə edə biləcəklər. Amazon həmçinin Premyer Liqa oyunlarını abunəçilər üçün Prime Video-da yayımlayacaqdır.

Amazon ilk dəfə olaraq Twitch xidməti vasitəsilə Premyer Liqa oyunlarını canlı yayımlamağı seçib. Amazon, İngiltərədə Premyer Liqa matçlarını 2018-ci ildə üç il boyunca yayımlamaq hüququnu təmin edib və tətil ərzində Prime Video vasitəsilə birdən çox oyun yayımlayıb

Bu əlavə dörd oyun  Premyer Liqanın pandemiya zamanı futbolu daha əlçatan etmək üçün öz strategiyasının bir hissəsidir. Stadionlarda izdihamın olmaması, klassik TV yayımın yüksək xərclərini azaltmaq üçün və koronovirus təhlükəsini sovuşdurmaq üçün edilən addım, tərəfdarlar tərəfindən də bəyənilib.

 

Mirsəid Mirzəzadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin