ca. 2012 --- Jeff Bezos --- Image by © Michael Prince/Forbes Collection/Corbis Outline

Onlayn pərakəndə satış nəhəngi olan Amazon, iqlim dəyişikliyinə qarşı mübarizəyə 2 milyard dollar sərmayə qoyacağını açıqladı. Şirkət bu investisiyalar sayəsində karbon izini azaltmağı hədəfləyir.

İqlim dəyişikliyi və bunun səbəb olduğu qlobal istiləşmə həm dövlətlərin, həm də bütün dünyada beynəlxalq qurumların ən vacib mübarizə mövzularından biridir. Onlayn pərakəndə satış nəhəngi Amazon’un qurucusu və icraçı direktoru Jeff Bezos’un verdiyi açıqlamaya görə, şirkət iqlim dəyişikliyinə qarşı mübarizəyə 2 milyard dollar sərmayə qoyacaq. Amazon tərəfindən yaradılan İqlim Girov Fondu, sənayedə karbonsuz enerjiyə keçiddə müxtəlif sahələrdən olan innovativ müəssisə və şirkətlərin səylərini dəstəkləmək məqsədi daşıyır. Bezos qeyd etdi ki, bu layihə sahibkarlara kömək etməklə, karbon təsirini azaltmaq və daha davamlı fəaliyyətə nail olmaq məqsədi daşıyır. Bezos, istehsaldan qabaqkı təşəbbüslərdən qurulmuş şirkətlərə qədər bütün səviyyələrdə şirkətləri dəstəkləyəcəklərini söylədi.

ABŞ-ın telekommunikasiya nəhəngi Verizon, İngilis istehlak malları şirkəti Reckitt Benckiser və Hindistan mərkəzli texnologiya nəhəngi Infosys Bezos’un çağırışından fonda qatılan şirkətlər arasındadır. Amazon 2025-ci ilədək 100% bərpa olunan enerjidən və 2040-cı ilədək tamamilə karbonsuz enerjidən istifadə etməyi hədəfləyir. Şirkət, logistika fəaliyyətində benzinlə işləyən nəqliyyat vasitələri əvəzinə 100.000 elektrik yük maşınlarından istifadə etməyi hədəfləyir. İlk yük maşınının 2021-ci ildə təqdim olunacağı və bütün donanmanın 2030-cu ildə fəaliyyətə başlayacağı bildirilir. Dünyada 91 bərpa olunan enerji layihəsinə sərmayə qoyan Amazon, eyni zamanda, dünyada meşələşdirmə işlərini də dəstəkləyir.

 

Murad Koroğluyev

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin