Bu bloqda sizə Azərbaycan ekosistemində öz yerini yeni tutan, hər kəs üçün yeni anlayış olan Akselerasiya mərkəzləri haqqında danışacayıq. Bu mərkəzlər nə üçündür? Və kimlər burdan istifadə edir?

Sürətli inkişaf edən dünyada startaplar və kiçik bizneslər rəqabətdə uduzmamaq, zəif tərəflərini inkişaf etdimək üçün bir neçə aylıq Akselerasiya proqramlarından yararlanırlar. Bu proqram vasitəsiylə onlar öz məhsulları üzərində işləyir, xarici və yerli mentorların yönləndirməsiylə bazarda aktiv bir oyunçu vəziyyətinə gəlir və xarici bazara çıxış əldə edirlər. Mərkəzlər startaplara ofisdən də istifadə etmək şansı verirlər.

Mərkəzlərin dəstəyi ilə qlobal əhatə qurmaqla, beynəlxalq mühitə addım atıb sahibkarlıq bacarıqlarına yiyələnirlər. Çox sayda virtual və fiziki təlimlərdən keçən startaplar intensiv olaraq biznesin böyüməsinə və dayanıqlı olmasına fokuslanırlar. Prosesin hissəsi kimi dərin bazar araşdırması edilir, çatışmazlığı tapıb mentorların yönləndirilməsiylə onun üzərində işlənilir.

İntensiv gedən bu prosesdə startapın böyüməsi sürətləndirilir və “unique” olması üçün çalışılır.

Startapların, bizneslərin əlbəttə əsas maliyyə mənbəyi müştərilərdir, amma akselerasiya prosesi müddətində əlbəttə proqram vasitəsiylə ehtiyac yarandığı təqdirdə maliyyə tərəfdən dəstək verilir. Ümumiyyətlə startapın böyümə müddətində maliyyədən başqa mentorluk, “network” ve “know-how” ehtiyacı daha da dərin şəkildə özünü göstərir. Hər biri Akselerasiya mərkəzləri tərəfindən təmin edilir.

Akselerasiya prosesi 6 mərhələdən ibarətdir:

1) Baş vurun & Qəbul olun

Ən məşhur Akselatorlara giriş etmək çətindir. Baş vurudan sonra ancaq 1-3% startaplar qəbul oluna bilirlər. Sənədləri imzalamayanadək proqramı qəbul etmək və qoşulmaq öhdəliyi yoxdur.

2) Maliyyələşmə

Sahibkarların və təsis qruplarının akselerasiya yolunu seçmələrinin əsas səbəblərindən biri də puldur.  Akseleratorlar adətən şirkətdəki kapital qarşılığında  qabaqkı məqalədə də haqqında danışdığımız “seed money” təklif edirlər. Bu, 10000 dollardan 120.000 dollara qədər ola bilər.  Düzdür təklif şirkətdən indi imtina etmək üçün kiçik bir məblləğ kimi görünsə də, sonradan miqdarı arta bilər.

3)Fokuslanma

Bu sistemin böyük üstünlüklərindən biri sahibkarlara yönəldilən diqqətdir. “Harvard Business Review”-a görə ümumiyyətlə 3-6 aylıq bir prosesə atılırlar. Bu, normal olaraq (yalnız olmasa da) saytda, birgə iş sahəsi ilə təmin edilir. İştirakçıların həqiqətən diqqət və tərəqqi etməyə məcbur olduğu intensiv bir vaxtdır.

4) Öyrənmə

Öyrənmə bunun böyük bir hissəsidir. Seminar,workshoplar və mentorluq imkanları startapları gözləyir.

5) Şəbəkə

Bu akselerasiya dövründə sahibkarlar həmyaşıdları, digər sənayə dəstəkləyiciləri və potensial investorlarla şəbəkə qurmaq üçün çoxlu imkanlara sahib olacaqlar.

6) Demo Günü

Akselerasiya proqramının məzunlarının görüş günü. Bu gündə hər startap öz çıxışını edir. Bu məzunlara qoşulmaq fəxr ediləcək bir şeydir və bir çoxları bu əlaqələrin güclü dostluqlara səbəb olduğunu söyləyirlər. Hətta gələcək VC təqdimatlarınızın çoxu bu qrupdan gələ bilər.

 

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin