25 May tarixində saat 21:00-da növbəti “Tech Talks” tədbiri onlayn keçiriləcək. Tədbirin spikeri son zamanlar ökəmizdə məşhur olan “DillBill” startap layihəsinin həmtəsisçisi Emil Həsənlidir.

Emil Həsənli ilk iş fəaliyyətini “Azərenerji” ASC-də başlayıb. “AZFEN” B.M. və “Maire Tecnimont S.p.a” şirkətlərində “Şahdəniz-2” və “SOCAR Polimer” layihələri üzrə müxtəlif vəzifələrdə çalışıb.
Hazırda “DillBill” layihəsində Biznesin İnkişafı üzrə Menecer olaraq fəaliyyət göstərir.

Tədbirin əsas mövzusu ingilis dilinin onlayn tədrisidir.

DillBill haqqında.

“DillBill” özündə həm onlayn dərs, həm də onlayn danışıq klublarını cəmləşdirir. İstifadəçilə təcrübəli müəllimlər, mükəmməl resurslar və ən qabaqcıl metodik vəsaitlər vasitəsilə ingilis dilində dinləmə, yazma, oxuma və danışma bacarıqlarını evdən və ya ofisdən çıxmadan – ONLAYN inkişaf etdirə biləcəklər.

Tədbir ödənişsizdir və səhifəmizdə onlayn olaraq təqdim olunacaq.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin