«Роскосмос» və Amerikan şirkəti Space Adventures aralarında müqavilə bağladılar. Müqaviləyə əsasən birgə əməkdaşlıq çərçivəsində 2023-cü ildə kosmosa, Beynəlxalq Kosmik Stansiyasına turist göndərəcəklər. İlkin hədəf olaraq iki turistin kosmosa göndərilməsi nəzərdə tutulub.

Bu uçuşun əsas özəlliyi ondan ibarət olacaq ki, statnsiyaya gedən turistlərdən biri gəmidən kənara, açıq kosmosa çıxacaq. Kosmosa çıxan turistlə yanaşı professional kosmonavt da olacaq. Bu kommersiya yönümlü uçuşlar tarixində bir ilkdir.

Turistik uçuşun adi uçuslardan əsas fərlərindən biri də uçuşun bir neçə ay yox, bir neçə həftə olmasıdır. Təqribi 2 həftə.

Qeyd edək ki, Space Adventures və «Роскосмос» 2009-cu ildən bəri birgə kommersiya uçuşları yerinə yetirir.

 

Tariyel Ağazadə

 

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin